Canlı
Yanvarın 21-də ilin ilk Ay tutulması baş verəcək

2019-01-11 / 08:27

2019-cu ilin ilk Ay tutulması hadisəsi yanvarın 21-də Bakı vaxtı ilə saat 07:34-10:51-də baş verəcək. Ay tam tutulsa da, Azərbaycan ərazisində müşahidə olunmayacaq. Bu təbiət hadisəsini Mərkəzi Sakit okean, Amerika, Afrika və Avropa ölkələrində izləmək mümkün olacaq. Növbəti qismən Ay tutulması isə iyulun 17-də qeydə alınacaq və həmin hadisə Azərbaycanda müşahidə olunacaq.

Vəfa Şairova