Yanğın 20 ton şəftəlini zay edib
2020-09-25 18:05
Lənkəranın Ləj kəndində İrandan Rusiyaya getmək üçün ölkəmizdən keçən Dağıstan vətəndaşı 49 yaşlı Maqomedamin Bayrambekovun idarə etdiyi “Volvo” markalı yük avtomobilinin qoşğusu anidən alovlanıb. Yanğın qoşğunun arxa təkərlərindəki nasazlıqdan yaranıb. FHN əməkdaşları alovu söndürüblər. Yüksək temperaturdan avtomobilin banına meyvə yığılan 200-dən çox plastik tara əriyib və 20 tona yaxın şaftalı yararsız vəziyyətə düşüb.
Nərgiz Cama