Yaşayış yerini tərk edən koronavirus xəstəsi aşkarlanıb
2021-11-16 12:05
Biləsuvarda polis yaşadığı ünvanı tərk edən aktiv koronavirus xəstəsi İ.Əzizlini saxlayıb. O, tibbi prosedurlar gözlənilməklə geri qaytarılıb. Paytaxtın Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları "Altus" otelinin daxilində yerləşən restoranın gecə saatlarında işlədiyini müəyyən ediblər. Karantin qaydalarını pozan 22 nəfər və "Altus" otelin icarədarı Ş.Abdullayev ümumilikdə 8400 manat cərimə ediliblər. Polisin qanuni tələbinə əməl etmədiyinə görə daha 2 nəfər barəsində protokol və toplamış materiallar məhkəməyə göndərilib.
Fərid Mehdiyev