Yaşayış evinə silahlı hücum olub, ölən və yaralananlar var
Bu gün səhər saatlarında Sumqayıtın Corat bağları yaşayış massivində insident qeydə alınıb. Fərdi yaşayış evinə ov tüfəngi ilə silahlı hücum nəticəsində ailənin 2 üzvü ölüb. 2-si qonşu olmaqla 4 nəfər ağır yaralanıb. Ailənin qızları hücum zamanı zərər çəkməyiblər. Xəsarət alanlar Xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı cinayət işi başlanıb. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Lalə Nəsib