Yaşayış binasında yanğın - ölən var
Suraxanıda doqquzmərtəbəli binada yanğın baş verib. FHN-in məlumatına görə, mənzilin bir otağı 12 kvadratmetr sahədə yanıb, 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.