Yaşayış binası yanıb, 15 nəfər xəsarət alıb
Bakının Nərimanov rayonu, Həsən Əliyev küçəsində yaşayış binasında yanğın baş verib və əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Binanın elektrik şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın zamanı 15-i azyaşlı olmaqla 50 nəfər bina sakini təxliyə olunub. TƏBİB-in məlumatına görə, yüngül xəsarətlərlə 15 nəfər Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub, 1 nəfərə isə yerində tibbi yardım göstərilib.
Azad Mustafayev