Yaşa görə pensiyaların orta aylıq məbləğinin artması gözlənilir - DSMF
2021-02-08 18:00
Yaşa görə pensiyaların orta aylıq məbləğinin 385 manata çatacağı proqnozlaşdırılır. Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib ki, pensiyaların indeksləşdirilərək artırılmasından sonra staja görə pensiyaların orta aylıq məbləğinin 360 manata çatması gözlənilir. Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə pensiyalar artırılıb və əlavə olaraq pensiyaçılara 2022-ci il üzrə 200 manat məbləğində maddi yardım ayrılıb.
Nərgiz camal