Yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən son bir həftə ərzində keçirilən tədbirlərlə Bakı və Sumqayıtda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.Araşdırma zamanı ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 39 480 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
18 sentyabr 2026

