Canlı
Yağan qar və yolların buz bağlaması nəqliyyatın hərəkətində problemlər yaradıb

2018-01-11 / 18:10

Bakı-Şamaxı yolunun dağlıq ərazidən keçən və gün işığı düşməyən bəzi yerləri, Muğanlı-İsmayıllı yolunun meşəlik ərazidən keçən dolaylı hissələri, Ağsu aşırımının Şamaxı ərazisi buz bağlayıb. Qar və buz Şamaxı-Pirqulu yolunda, eləcə də, Şamaxı və İsmayıllının dağlıq ərazidəki kəndlərinə gedən yollarda nəqliyyatın hərəkətini çətinləşdirib. Yollara qum-duz qarışığı səpilsə də axşam saatlarından havanın yenidən şaxtalı olacağı, yolların buz bağlayacağı bildirilir.

Fərid Mehdiyev