Canlı
Yağışlı hava Yevlaxda qəzaya səbəb oldu

2018-12-05 / 17:52

Yevlax rayonunda yol qəzası baş verib. "Mercedes-Benz" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə avtomobildə olan Yevlax rayon sakinləri – 23 yaşlı Kamran Səyyadzadə və 24 yaşlı Faiq Bəhmanlı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Qəzaya yağışlı hava şəraitinin səbəb olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Fərid Mehdiyev