Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycanın rayonlarında yağıntılı hava şəraiti fasilələrlə aprelin 15-i səhərədək davam edəcək. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı, yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal edilir.
14 aprel 2026

