Y.Əliyev: "Fransa Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməlidir"
BMT Təhlükəsizlik Şurasının bu ilin aprelində keçirilən iclasında Fransa nümayəndələrinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərə dair bəyanatları əsassız və yanlışdır. Bu barədə Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin təşkilatın Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda deyilir. “Fransa Cənubi Qafqazdakı vəziyyət və proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırmamalı, regionda sabitliyi pozan fəaliyyətə son qoymalı, Azərbaycanın daxili işlərinə qarışmaqdan çəkinməlidir" - Yaşar Əliyev bildirib.
Zülfiyyə Telmanqızı