Yığmamız Bakıda İsveçlə üz-üzə gələcək
Azərbaycan yığması UEFA Millətlər Liqasında bu gün ilk oyununa çıxacaq. Fernandu Santuşun baş məşqçisi olduğu kollektiv Bakıda İsveç ilə üz-üzə gələcək. Görüş axşam saat 8-də start götürəcək. Qarşılaşmanı macarıstanlı FIFA referisi Balaş Berkey idarə edəcək. C Liqasının I qrupundakı digər matçda Slovakiya Estoniyanın qonağı olacaq.
Fərid Mehdiyev