Yüksək texniki peşə təhsili almış şəxslər ali məktəblərə imtahansız qəbul olunacaqlar
2020-12-28 18:07
Azərbaycanda yüksək texniki peşə təhsili almış şəxslər ali təhsil müəssisələrinə imtahansız qəbul ola biləcəklər. Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, yüksək texniki peşə təhsilini bitirərək subbakalavr peşə-ixtisas dərəcəsi alan şəxslərin orta ixtisas təhsilini bitirən subbakalavrlara bərabər tutulması müəyyən edilib. Növbəti tədris ilindən etibarən yüksək texniki peşə təhsili səviyyəsi üzrə qəbul aparılacaq ixtisasların sayının artırılması nəzərdə tutulur.
Vüsalə Camal