Yüksək liqalarda ən çox qol vuran futbolçuların adları açıqlanıb
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası yüksək liqalarda ən çox qol vuran futbolçuların adlarını açıqlayıb. Siyahıya əfsanəvi braziliyalı Pele başçılıq edir. Mərhum hücumçu Braziliya və ABŞ çempionatlarında ümumilikdə 604 qol vurub. Onu 573 topla niderlandlı Abe Lenstra izləyir. İlk “üçlüy”ü digər braziliyalı Romario qapayır. Karyerasını davam etdirən Kriştianu Ronaldu və Lionel Messi reytinqdə müvafiq olaraq 6-7-ci pillələrdə qərarlaşıblar. Portuqaliyalı yüksək liqalarda 503, argentinalı isə 491 dəfə fərqlənib.
Nərgiz Camalzadə