Yük maşını "Mercedes"lə toqquşub, ölən və yaralılar var
Qazaxda "Ford" markalı yük maşını "Mercedes" ilə toqquşub. Toqquşmadan sonra avtomobillərdən biri yolun kənarında dayanmış piyadanı vurub. Nəticədə piyada - 1955-cü il təvəllüldü Şahlıq Mustafayeva və hər iki avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Avtomobilin xəsarət yetirdiyi piyada xəstəxanada dünyasını dəyişib.
Azad Mustafayev