Yük maşını ilə mikroavtobus toqquşub, 1 nəfər ölüb, 16 yaralı var
Masallıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu gün saat 8 radələrində Lənkəran rayon sakininin idarə etdiyi "ZİL" markalı mikroavtobus Ələt-Astara avtomobil yolunun Masallı şəhəri ərazisindən keçən hissəsində hərəkətdə olarkən Lənkəran rayon sakininin sürücüsü olduğu "KamAZ"la toqquşub. Nəticədə mikroavtobusda olan sərnişin, Lənkəran rayon sakini Mailə Bayramova aldığı xəsarətlərdən ölüb. Həmin avtomobilin sürücüsü və 15 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya daxil olublar. Faktla bağlı araşdırma aparılır.
Fərid Mehdiyev