Yük maşını ilə mikroavtobus toqquşub, ölənlər var
2021-11-02 16:05
Ələt-Astara magistralının 59-cu kilometrliyində “FORD TRANZİT” markalı mikroavtobus “HOVO” markalı yük avtomobilinə çırpılıb. Nəticədə mikroavtobusda olan sərnişinlər Neftçalanın Şorkənd kənd sakinləri, 58 yaşlı İsmayılova İradə Balaxan qızı və 46 yaşlı Aşurova Əhliqə Ağasəf qızı hadisə yerində ölüblər. Bir nəfər yaralı isə Ələt qəsəbə xəstəxanasına yerləşdirlib.
Vüsalə camal