Yük maşını aşıb, 4 nəfər ölüb
Bakı–Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən yol qəzasında ölənlərin sayı 4-ə çatıb. Yük avtomobili idarəetmənin itirilməsi nəticəsində dəmir maneəyə çırpılaraq aşıb.FHN-in məlumatına görə, xilasedicilər deformasiyaya uğramış avtomobildən 4 nəfərin meyitini, bir nəfəri isə sağ çıxararaq aidiyyəti üzrə təhvil veriblər.Hadisə ilə bağlı araşdırma aparılır.
07 oktyabr 2026

