Yük avtomobilini təmir edən şəxs ölüb
Bakının Qaradağ rayonunda yük avtomobilini təmir edən 1 nəfər şəxs kuzanın altında qalaraq ölüb. FHN-nin müvafiq xilasetmə qüvvələrinin həyata keçirdiyi tədbirlər nəticəsində həmin şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.
Nərgiz Camalzadə