Xızıda hərbi sursat aşkarlanıb
Fövqəladə Hallar Nazirliyinə Xızının Məşədi Həsən kəndində hərbi sursat aşkar edilməsi barədə məlumat daxil olub. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə əraziyə baxış zamanı sursatın 1 ədəd 140mm-lik OF-14M turboreaktiv raket mərmisi olduğu müəyyən edilib. Sursat həmin yerdən kənarlaşdırılıb.