Xızıda döyüş tətbiqinə yararlı top mərmisi aşkarlanıb
Xızının Yeni Yaşma qəsəbəsində döyüş tətbiqinə yararlı 1 ədəd 76 mm-lik OF-350 top mərmisi aşkarlanıb. Sursat FHN mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Fərid Mehdiyev