"Xırdalan" və "NTD-İndiqo" komandaları qarşılaşacaqlar
Azərbaycan Basketbol Liqasında həlledici mərhələyə start verilir. Bu gün "Xırdalan" və "NTD-İndiqo" komandaları üçüncü yer uğrunda oyunda üz-üzə gələcəklər. "Sərhədçi" İdman Mərkəzində reallaşacaq qarşılaşma saat 19:30-da start götürəcək. Seriyanın ikinci matçı mayın 18-də baş tutacaq. İki görüşün yekununda qalib müəyyənləşməsə, üçüncü duel mayın 21-də olacaq.
Azad Mustafayev