X.Vəliyev: "Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb"
"Azad edilmiş ərazilərdə 508 nəfərə aid meyit qalıqları tapılıb". Bunu Baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyevin sözlərinə görə, indiyədək Ermənistan 3890 nəfər itkindən sadəcə 120 şəxsin meyit qalıqlarını Azərbaycana təhvil verib: “Hesab edirəm ki, müzakirələr itkin düşmüş şəxslərin meyitlərinin qalıqlarının tapılması ilə əlaqədar işlərə təkan verəcək”. Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqlarla bağlı hərbi prokurorluqda çoxsaylı cinayət işləri başlanıb", - deyə hərbi prokuror əlavə edib. Onu da qeyd edib ki, kütləvi məzarlıqlar daha çox əsirlikdən qayıtmış şəxslərin göstərdikləri ərazilərdə tapılır.
Nərgiz Camalzadə