Xoy əhalisi məmurlara acınacaqlı vəziyyətlərinə diqqət yetirmələrini tələb edirlər
Xoy əhalisi bu şəhərin qubernator və məmurlarına sərt şəkildə etiraz edir. Yerli sakinlər zəlzələdən zərər çəkən bölgələrə İran dövləti tərəfindən ayrılan yardımın qeyri-kafi olmasını tənqid edərək, hökumətdən bölgə əhalisinin acınacaqlı vəziyyətinə daha çox diqqət yetirməsini tələb edirlər. Molla rejiminin təbii fəlakətdən zərər çəkən vətəndaşlarını taleyin ümidinə buraxması azmış kimi, ölkə rəsmiləri və təbliğat maşını buna hər cür yolla bəraət qazandırmağa çalışır. Bu məqsədlə dövlət televiziyasının efirində zəlzələdən zərər çəkən insanların dövlətdən kömək gözləməməli, hər kəsin əlindən gəldiyi qədər qohum-əqrəbalarına kömək etməli olduğu qeyd olunur.
Nərgiz Camalzadə