Xosep Qvardiola mövsümün ən yaxşı məşqçisi seçilib

2019-05-15/ 10:09

"Mançester Siti" klubunun çalışdırıcısı Xosep Qvardiola İngiltərədə son mövsümün ən yaxşı məşqçisi seçilib. Qvardiolanın yetirmələri Premyer Liqanın çempionu olaraq titullarını qoruyublar. Yeri gəlmişkən, Pep ardıcıl olaraq ikinci dəfə İngiltərə çempionatının ən yaxşı baş məşqçisi seçilir ki, bu nailiyyət də yalnız Aleks Ferqüson və Joze Mourinyoya nəsib olub.

Vüsalə Camal