"Xosep Qvardiola dünya futboluna zərər gətirir" - Lionel Messi
“İnter Mayami”nin futbolçusu Lionel Messi İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiolanın dünya futboluna zərər gətirdiyi barədə fikirlərini bildirib. “O, təkcə İspaniyada deyil, dünyada futbolu dəyişdirdi. Bu səbəbdən o, hətta futbola zərər də vurdu. İndi çoxları öz üslublarını inkişaf etdirmək əvəzinə onu təqlid etməyə çalışırlar”, - deyə Messi qeyd edib. “Mançester Siti” İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 xalla birinci yerdədir.
Nərgiz Camalzadə