Canlı
Xorvatiya tarixində ilk dəfə dünya çempionatının finalına yüksəlib

2018-07-12 / 13:28

Son 56 ildə ilk dəfə Şərqi Avropa ölkəsi futbol üzrə dünya çempionatının finalına yüksəlib. DÇ-nin yarımfinal qarşılaşmasında Xorvatiya millisi İngiltərəni 2:1 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. 52 ildi çempionluğa həsrət olan İngiltərə millisi yenə kuboka yaxınlaşa bilməyib. Xorvatiya isə tarixində ilk dəfə adını finala yazdırıb. Fransa – Xorvatiya finalı iyulun 15-də baş tutacaq. Çempionlar Liqasında çıxış edən “Qarabağ” isə I təsnifat mərhələsinə qələbə ilə başlayıb. Sloveniyanın “Olimpiya” klubu ilə qarşılaşmada Qurban Qurbanovun yetirmələri Vild-Donald Geryenin yeganə qolu sayəsində səfərdən qalibiyyətlə dönüb, cavab matçı iyulun 18-də keçiriləcək.

Fərid Mehdiyev