Xocavənddə sursat partlayıb, bir nəfər həlak olub
Xocavənd rayonu ərazisində sursat partlayıb. Ağburun adlanan ərazidə heyvan otaran çoban, 52 yaşlı Elşən Hümbətov ərazidən tapdığı partlayıcı sursatla ehtiyatsız davrandığından partlayış baş verib. Nəticədə o hadisə yerində ölüb. Araşdırma aparılır.