Xocavənddə daha bir ərazidə insan sümükləri aşkarlanıb
Xocavəndin Ərəkül kəndi ərazisində təmir tikinti işləri ilə məşğul olan işçilər tərəfindən insan sümükləri aşkarlanıb. İlkin araşdırma zamanı məlum olub ki, sümüklər ərazidəki yağışlardan sonra baş vermiş torpaq sürüşməsi zamanı üzə çıxıb. Sümüklər həmin yerdən toplanaraq aidiyyəti üzrə ekspertizaya təqdim olunub. Hazırda araşdırma aparılır.