Xocavənddən 7 ton dəmir və 2 baş heyvanın çıxarılmasının qarşısı alınıb
2021-11-06 14:10
Bakıda narkotiklərin qanunsuz dövriyyəsi və qanunsuz saxlanılan silah-sursatla bağlı 26 nəfər saxlanılıb. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları isə Məmməddərə kəndi ərazisindəki stasionar postda “Shacman” markalı avtomobilin sürücüsü İsmayıl İsmayılova “saxla” işarəsi verilib. Maşının yük yerindən 7 ton dəmir məmulatları və 2 baş heyvan aşkar edilib. İsmayıllının Göytəpə kənd sakininin evinə qonaq gələn qohumu Z.Piriyeva 6850 manat dəyərində qızıl-zinət əşyalarını və 300 manat pulu oğurlayıb. Polis qadını saxlayıb. Qazaxda isə yerli sakin Tural Yaqubovun üzərindən atəşə yararlı, lüləsi kəsilmiş “Karabin” markalı tüfəng və 14 ədəd patron götürüb.
Nərgiz camal