Xocavənddə xeyli sayda silah-sursat aşkarlanıb
2021-10-15 12:07
Xocavənd rayonu ərazisində düşmənin tərk etdiyi hərbi mövqelərdən xeyli sayda döyüş sursatları aşkar edilib. Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun Məmməddərə kəndi ərazisində daha 28 qəlpəli top və 2 tank mərmisi götürərək aidiyyəti üzrə təhvil veriblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Nərgiz camal