Xocavənddə qanunsuz olaraq müxtəlif əşyalar toplayan şəxs həbs edilib
2021-05-24 12:12
Xocavənd polisi rayonun Hünərli kəndində xidmətdə olan zaman Füzuli rayon sakini Vəzir İbrahimovun idarəsində olan “VAZ-2106” markalı avtomobili nəzarət qaydasına uyğun saxlayıblar. Avtomobilə baxış keçirilən zaman həmin ərazilərdən topladığı naqil və digər əşyalar aşkar edilib. Barəsində protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Qərara əsasən o, 10 gün müddətinə inzibati qaydada həbs olunub.
Vüsalə camal