Xocavənddə kütləvi məzarlıq aşkarlanıb
2021-02-24 18:09
Xocavəndin Edilli kəndində kütləvi məzarlıq aşkarlanıb. Birinci Qarabağ müharibəsi zamanı Edilli kəndində ermənilər tərəfindən girovluqda saxlanılan şəxslərin həmin məzarlıqda dəfn olunduğu bildirilir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun topladığı ifadə və materiallar əsasında müəyyən edilən məzarlıqda 15-20 nəfərin qalıqlarının olma ehtimalı var. Ağdam, Füzuli, Xocavənd və Şuşa şəhərinin ətraflarında da belə məzarlıqlar mövcuddur.
Nərgiz camal