Xocavənddə ermənilərin atıb qaçdığı silah-sursat aşkar edilib
2021-02-27 14:07
Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində əvvəllər düşmənin səngər və saxlanc yeri kimi istifadə etdiyi qazmalardan xeyli sayda silah-sursat aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Belə ki, erməni hərbçilərin atıb qaçdığı 7 ədəd “Kalaşnikov” markalı avtomat, 2 ədəd pulemyot, 2 ədəd snayper tüfəngi, 1 ədəd qumbaraatan, avtomat daraqları və 2527 ədəd müxtəlif çaplı güllələr aşkar edilərək götürülüb.
Vüsalə Camal