Xocavənd rayonunun məskunlaşma olan əraziləri telekommunikasiya ilə təmin edilib
“Aztelekom” MMC Xocavənd rayonunda məskunlaşma olan əraziləri telekommunikasiya ilə təmin edib. “Böyük Qayıdış” proqramı çərçivəsində Xocavəndin şəhər mərkəzi, Qırmızı Bazar, Hadrut və bir sıra kəndlərində müasir avadanlıqlar qurulub. Nəticədə 344 ev təsərrüfatı və 14 biznes subyekti internet və rabitə xidmətləri ilə təmin edilib.Həmçinin Qarabağ üzrə layihə çərçivəsində 25 magistral xətt tamamlanıb, ümumilikdə 1000 km-ə yaxın fiber-optik şəbəkə çəkilib.
10 aprel 2026

