Xocavənd rayonunun Hadrut qəsəbəsində tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək
2021-05-26 14:08
Xocavənd rayonunun Hadrut qəsəbəsində tezliklə radioteleviziya stansiyası istifadəyə veriləcək. Jurnalistlərə açıqlamasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov belə deyib. Bildirib ki, Qarabağda zəruri infrastrukturun tikintisi üzrə işlər plan üzrə davam edir, IT infrastrukturunun böyük hissəsi isə artıq qurulub.
Vüsalə camal