Xocavənd şəhərinə növbəti köç yola salınıb
Böyük Qayıdış proqramı çərçivəsində bu gün Xocavənd şəhərinə daha 64 ailənin (253 nəfər) qayıdışı təmin olunub.Bununla Xocavəndə köçürülən ailələrin sayı 201-ə (762 nəfər) çatıb. Onlar həm çoxmənzilli binalarda, həm də yenidən bərpa olunmuş evlərində məskunlaşıblar.
31 mart 2026

