Xocalıya daha 50 ailə köçürülüb
Xocalı şəhərinə 50 ailənin köçürülməsi təmin edilib. Yaxın müddətdə daha 50 ailənin köçü həyata keçiriləcək. Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun sözlərinə görə, Xocalı şəhəri, Kərkicahan qəsəbəsi, Malıbəyli kəndinə, Ağdərə rayonunun Umudlu kəndinə bu il 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Bu ilin sonuna kimi Xocavəndə 53, Suqovuşana isə 190 ailənin köçürülməsi planlaşdırılır.
Zülfiyyə Telmanqızı