Xocalıda kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfərə məxsus olması müəyyən edilib
Xocalıda kütləvi məzarlıqdan daha 5 nəfərin qalıqları tapılıb. Bununla da, kütləvi məzarlıqda basdırılan insan qalıqlarının ən azı 10 nəfərə məxsus olması müəyyən edilib. Onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması məlum olub. Ərazidə basdırılmış insan qalıqlarının tam müəyyən olunması istiqamətində Baş Prokurorluq tərəfindən aidiyyəti qurumlarla birgə tədbirlər davam etdirilir.
Fərid Mehdiyev