Xocalı soyqırımı ilə bağlı dünya ictimaiyyətinə müraciət edilib
Azərbaycandakı dini konfessiya rəhbərləri Xocalı soyqırımı ilə bağlı dünya dini liderlərinə, beynəlxalq təşkilatlara, parlamentlərə və dünya ictimaiyyətinə müraciət edib. Xocalı soyqırımının Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilən hərbi cinayətlərin ən dəhşətlisi olduğu vurğulanıb. Müraciətdə Xocalı soyqırımına biganə qalmamaq və bu dəhşətli faciəni törədənləri təqsirli bilərək onların mühakimə olunması üçün səslərini ucaltmaq çağırışı yer alıb.
Vüsalə Cənnətova