Milli Məclisə növbədənkənar seçkilər Xocalı rayonu ərazisində üç məntəqədə keçirilir. 118 saylı Ağdam-Xocalı seçki dairəsinin 71 saylı məntəqəsi Təzəbinə kəndində, 72 saylı məntəqə Əsgəran qəsəbəsində, 73 saylı məntəqə Xocalı şəhərində təşkil edilib. Bu ilin mayında geri qayıdan sakinlər 32 ildən sonra ilk dəfə olaraq doğma yurdlarında fəal şəkildə səs verirlər. 124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin Hadrut qəsəbəsində yaradılan 92 saylı seçki məntəqəsində də səsvermə üçün lazımi şərait yaradılıb. Seçici fəallığı müşahidə edilir.
Vüsalə Cənnətova