Xocalı Rayon Məhkəməsinə sədr təyin edilib
Prezident İlham Əliyev “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin vahid reyestri haqqında Əsasnamə”ni təsdiqləyib. Prezident bir sıra birinci instansiya məhkəmələri hakimlərinin təyini və vəzifələrinin dəyişdirilməsi haqqında Sərəncam da imzalayıb. Ruhiyə Tağıyeva Gəncə İnzibati Məhkəməsinə hakim təyin olunub. Tural Ələkbərovsa Goranboy Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Xocalı Rayon Məhkəməsinin hakimi və sədri, Mübariz Məmmədov isə Astara Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Məhkəməsinin hakimi təyin edilib.
Vüsalə Cənnətova