Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb
Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiyanın sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb. Sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası ərazimizi tam tərk edib. Xocalı aeroportunda Azərbaycan bayrağı qaldırılıb.
Fərid Mehdiyev