Xocalıya daha 50 ailənin köçürülməsi planlaşdırılır
Bu il ərzində Xocalı şəhəri, Kərkicahan qəsəbəsi və Malıbəyli kəndinə və Ağdərənin Umudlu kəndinə köç planladırılır. Ümumilikdə 228 ailənin yerləşdirilməsi nəzərdə tutulub. Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubovun sözlərinə görə, yaxın müddətdə daha 50 ailə Xocalıya köçürüləcək. Sentyabr və oktyabrda isə Suqovuşana 190 ailənin köçürülməsi həyata keçiriləcək. Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb.
Zülfiyyə Telmanqızı