Xocalıdan Xankəndi istiqamətində hərəkət edən düşmən texnikası məhv edilib
2020-11-09 16:00
Azərbaycan Ordusu düşmənin canlı qüvvəsi və döyüş texnikasını məhv etməkdə davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, bu gün günorta saatlarında Xocalı-Şuşa yolu ilə Xankəndi istiqamətində hərəkət edən Ermənistan silahlı qüvvələrinin canlı qüvvə ilə dolu qoşqusunda D-30 topu olan 1 ədəd yük maşını zərbə PUA-sı ilə məhv edilib.
Fərid Mehdiyev