Xocalıdan 9 yaşında çıxan Ləfxanım yurduna qayıdıb
Xocalı faciəsini 9 yaşında yaşayan Ləfxanım Mahmudova doğma torpağına qayıdıb.Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı faciəsi zamanı lentə aldığı Ləfxanım Mahmudova ailəsi ilə birlikdə Xocalının Təzəbinə kəndində mənzillə təmin olunub.Qeyd edək ki, Ləfxanım Mahmudova Xocalı faciəsi zamanı ailəsi ilə birlikdə erməni əsirliyinə düşüb, ağır işgəncələrə məruz qalıb və yaxınlarını itirib.
24 sentyabr 2026

