Xocalı soyqırımının daha bir iştirakçısı həbs edilib
Azərbaycanlı əsirlərə və başqa şəxslərə işgəncə verməkdə, sülh və insanlıq əleyhinə, müharibə cinayəti törətməkdə, həmçinin qanunsuz erməni silahlı birləşmələrinin fəaliyyətində digər formada iştirak etməkdə şübhəli bilinən Raşid Beqlaryan həbs edilib. Dindirilmə zamanı o Xocalı faciəsinin törədilməsində iştirakçı olduğunu təsdiqləyib. Raşid Beqlaryan mülki əhaliyə qarşı cinayət əməllərinin törədildiyi yerləri əyani şəkildə göstərib. Araşdırmalar davam etdirilir.
Nərgiz Camalzadə