Xocalı soyqırımını törədənlərdən beş nəfəri Azərbaycanda cəzasını alıb
Xocalı soyqırımında iştirak edən 5 nəfər - Arkadi Qukasyan, Bako Sahakyan, Madat Babayan, Davit İşxanyan və Arayik Harutyunyan artıq cəzasını alıb.Bakı Hərbi Məhkəməsi fevralın 5-də 15 erməni vətəndaşını müxtəlif cinayətlərə görə məhkum edib, onların arasında soyqırımı ittihamı da var.Madat Babayan məhkəmədə Xocalıda olduğunu və silahsız insanlara atəş açıldığını etiraf edib, aralarında uşaqlar və qadınların da olduğu 150 meyit gördüyünü deyib.Hökmə görə, Arayik Harutyunyan və Davit İşxanyan ömürlük, digərləri isə 65 yaşdan yuxarı olduqları üçün 20 il müddətinə azadlıqdan məhrum ediliblər.
26 fevral 2026

