Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yola salınma mərasimi olub
Antiterror tədbirlərindən sonra Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmayıb. Bu sözləri Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Anar Eyvazov Xocalı rayonunda yerləşən Rusiya sülhməramlılarının yola salınma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib. Sülhməramlı kontingentin silah və texnikası, şəxsi heyəti və ləvazimatlarının Azərbaycandan çıxarılması üçün zəruri texniki və logistik dəstək göstərilib.
Fərid Mehdiyev